Parlamentin Regional məsələlər komitəsinin ilk iclası keçirilib
Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, komitə sədri Siyavuş Novruzov 2021-ci ilin ölkəmiz üçün uğurlu keçdiyini bildirib. Prezident İlham Əliyevin ötən ildə işğaldan azad olunmuş ərazilərə tarixi səfərlərini, orada Böyük Qayıdışa hazırlıq məqsədilə uğurla həyata keçirilən nəhəng bərpa və quruculuq layihələrini xüsusi vurğulayan komitə sədri yola saldığımız ili Azərbaycanın Zəfər yürüşünün davamı kimi dəyərləndirib.
O, prezident İlham Əliyevin siyasi iradəsi əsasında 2021-ci ildə həyata keçirilən sistemli islahatların iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Bildirib ki, ötən il siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin daha da möhkəmlənməsinə mühüm töhfə verib. Siyavuş Novruzov qeyd edib ki, müasir Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, qalib ölkə, qalib xalq kimi qarşısında yeni perspektivlər açılıb.
İclasın gündəliyi barədə məlumat verən komitə sədri gündəliyə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla iki məsələnin daxil edildiyini bildirib. S.Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə Regional məsələlər komitəsinin keçirdiyi 7 iclasda 4 məsələyə baxılıb, o cümlədən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üç oxunuşda müzakirələrdən keçib. Komitə həmçinin Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları ilə birgə “Azərbaycanın tarixi zəfəri” mövzusunda videokonfrans təşkil edib.
Fəaliyyətini karantin rejiminin tələblərinə uyğun quran komitənin ünvanına 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan elektron və kağız formada 67 müraciət, ümumilikdə, komitə üzvlərinə 1034 müraciət daxil olub. Daxil olan müraciətlər araşdırılıb, onların bir qisminin icrası təmin edilib, digərlərinin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb və müvafiq tədbirlər görülüb.
Bildirilib ki, həmçinin regional məsələlər komitəsi üzvləri sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, müxtəlif tədbirlərdə fəal iştirak ediblər, aktual ictimai-siyasi məsələlərlə bağlı öz mövqelərini bildiriblər. Eyni zamanda, təmsil etdikləri ərazilərdə cəmiyyətin həssas qrupları, şəhid ailələri, qazilərin problemləri ilə yaxından maraqlanıblar.
Sonra komitə sədri Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Komitə sədri qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsi kimi məsələlərin nəzərdə tutulması barədə məlumat verib.
İclasda çıxış edən Regional məsələlər komitəsinin sədrinin müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Səbinə Xasayeva, Aqil Məmmədov, Səttar Möhbalıyev, Kamran Bayramov, Cavid Osmanov, Nizami Cəfərov komitənin ötən sessiyada fəaliyyəti barədə danışıblar, təqdim olunan hesabatı qənaətbəxş sayıblar.
İclasda komitə üzvləri regionların inkişafı, yerli üzünü idarəetmə orqanlarının mövcud vəziyyəti və gələcək perspektivləri, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması, bu istiqamətdə payız sessiyası dövründə dinləmələrin və müzakirələrin təşkili kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər.
Müzakirələrin sonunda Regional məsələlər komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı və 2022-ci ilin yaz sessiyasında iş planı təsdiqlənib.
İclasda Regional məsələlər komitəsinin üzvü Əliabbas Salahzadə və digər rəsmi şəxslər də iştirak ediblər.
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşləri Moskvada və Brüsseldə keçiriləcək
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirilib
Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşündən yazdı
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavinlər təyin edilib
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
Tehranda Xəzər dənizi ilə bağlı kommünikesi qəbul edilib
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Bakı Enerji Forumunun bağlanış mərasimi Şuşada keçiriləcək
İstanbulda Türk Dünyası Sığorta Birliyi yaradılıb
Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib
“Air Arabia” Abu-Dabidən Bakıya uçuşları bərpa edir
Azərbaycandan bu il 680 nəfər 9 106 manata Həcc ziyarətinə gedə biləcək
Sabah Milli Məclisin komitə islasında dövlət büdcəsinin icrası müzakirə ediləcək
Vilyam Hacıyevin 5 milyon manatdan artıq əmlakının üzərinə həbs qoyulub
Kreml Rusiyanın BMT-dəki nümayəndəsinin Ukrayna ilə müharibəyə qarşı çıxmasına münasibət bildirib
İlham Əliyev "Paris-2024" Olimpiya oyunlarının yayımı üçün İTV-yə 640 min dollar ayırıb
Yasamalda törədilən qətlin üstü 9 il sonra açıldı
Sinoptiklərdən xəbərdarlıq: Yağıntılı hava şəraiti mayın 26-dək davam edəcək
Nazir Emin Əmrullayev Dünya Təhsil Forumunda çıxış edib
Rekord həcmdə Rusiya nefti sanksiyalar səbəbindən dənizdə qalıb
Sabah Bakıda arabir yağış yağacaq, 19° isti olacaq
Şamaxıda Türk Dövlətləri Təşkilatı ölkələrinin turizm nazirlərinin toplantısı keçirilir
Arvadını və qonşusunu öldürən şəxsin məhkəməsi başlayır