logo

İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını edib

11:58 18-01-2022 | icon 3332
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını edib

Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, heykəl paytaxtın Səbail rayonu ərazisində, "İçərişəhər" metro stansiyasının qarşısındakı ərazidə ucaldılıb.

Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanan heykəlin müəllifi xalq rəssamı Xanlar Əhmədovdur. .

Abidənin hündürlüyü isə 2,5 metrdir.