logo

Ceyhun Bayramov Avstriyaya işgüzar səfərə gedib

11:18 18-01-2022 | icon 3213
Ceyhun Bayramov Avstriyaya işgüzar səfərə gedib

Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.