Azərbaycan Ukraynanın xarici siyasətində mühüm yer tutur-İrina Vereşçuk
Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və Ukraynanın xarici siyasətində mühüm yer tutur. Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın və etibarlı dostluğun bariz nümunəsidir.
YeniAvropa xəbər verir ki, bu fikirləri Ukrayna baş nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vereşçuk KİV-ə müsahibəsində deyib.
- Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin yekunları barədə nə deyə bilərsiniz?
- Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında Azərbaycan bizim strateji tərəfdaşımız kimi göstərilib. Ukrayna prezidenti Volodimir Zelenski ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında danışıqlar nəinki strateji tərəfdaşlığı təsdiqlədi, həm də yeni perspektivlərə yol açdı. Ukrayna prezidenti Volodimir Zelenski bu danışıqları ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində əlamətdar hadisə adlandırıb.
Dövlət başçıları Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş Birgə Bəyannamə imzalayıblar. Bəyannamədə dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək verməyə hazır olduqları təsbit edilib. O da çox vacibdir ki, dövlətlərimizin rəhbərləri enerji, hərbi-texniki, infrastruktur, nəqliyyat, aqrar-sənaye və digər sahələrdə aktivləşdirməyə dair əsaslı razılığa gəliblər. Bundan əlavə, imzalanmış Bəyannamə hibrid təhlükələrə qarşı mübarizədə əməkdaşlığın intensivləşdirilməsini nəzərdə tutur. Müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivini ayrıca qeyd etmək olar. Prezidentlərin görüşü, həmçinin müxtəlif sektorlarda əməkdaşlığa dair altı ikitərəfli sənədin imzalanması ilə nəticələnib.
Əldə olunan razılaşmalar Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yeni keyfiyyətini nümayiş etdirir.
- Sizcə imzalanan sənədlər ikitərəfli ticarətin inkişafına hansı töhfələrini verə bilər?
- Qeyd etmək istəyirəm ki, 2021-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi son bir neçə ildə ilk dəfə olaraq təxminən 1 milyard ABŞ dollarına çatıb. Prezidentlər üç il ərzində ikitərəfli ticarətin həcmini iki dəfə artırmağı qarşıya məqsəd qoyublar. Ticarət, investisiya, ərzaq və enerji təhlükəsizliyinə aid olan imzalanmış sənədlər də məhz buna yönəlib.
- Azərbaycan-Ukrayna Hökumətlərarası Dövlət Komissiyasının həmsədri kimi hansı sahələri perspektivli hesab edirsiniz? Komissiyanın növbəti iclası nə vaxta planlaşdırılır və əsas müzakirə mövzuları nə olacaq?
- Biz genişmiqyaslı birgə layihələrə diqqət yetirməliyik. Bu, məsələn, Azərbaycan şirkətlərinin Ukraynada “Böyük Tikinti” proqramında, eləcə də Ukrayna şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştirakıdır. Söhbət həm də enerji layihələrindən və neft emalı sahəsində əməkdaşlıqdan gedir.
Ərzaq təhlükəsizliyi kontekstində söhbət qida sənayesində birgə innovasiya layihələrindən gedir. Ərzaq məhsullarının idxalı, ixracı, tranziti və təkrar ixracı prosedurlarının sadələşdirilməsi üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın planlarına gəlincə, onu deyim ki, prezident Volodimir Zelenski və prezident İlham Əliyev komissiyanın iclasının bu ilin birinci yarısında keçirilməsi ilə bağlı razılığa gəliblər.
- Azərbaycan və Ukrayna arasında ticarətin genişləndirilməsində əsas problemlərdən biri logistikadır. Nəqliyyat sahəsinin asanlaşdırılması üçün dövlət komissiyası hansı layihələr üzərində işləyir?
- Şübhəsiz ki, tranzit potensialının inkişafı, ölkələr arasında ticarətin genişləndirilməsi daha çox ölkələrin infrastrukturunun inkişafından asılıdır. Ona görə də müvafiq infrastrukturun yaradılması bizim prioritetlərimiz siyahısındadır. Prezident Volodimir Zelenski beynəlxalq avtomobil və dəmir yolu nəqliyyatı, eləcə də aviasiya sahəsində əməkdaşlığın intensivləşdirilməsi vəzifəsini qarşıya qoyub. prezident Zelenski, həmçinin vurğulayıb ki, biz bir sıra perspektivlər, xüsusən də Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın üzv olduğu GUAM çərçivəsində nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işi davam etdirəcəyik.
- Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və yenidənqurma işlərində Ukrayna hansı köməkliyi göstərməkdə maraqlıdır?
- Mən nazir kimi Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial görürəm. Azərbaycanın geri qaytarılan ərazilərin reinteqrasiyası ilə bağlı çoxlu işi var. Ukrayna artıq reinteqrasiya işində mühüm təcrübəyə malikdir və onu Azərbaycan tərəfi ilə bölüşə bilər. Bunlar müvəqqəti köçkünlərlə iş, minaların təmizlənməsi və sair. Təbii ki, Ukraynanın tikinti və digər şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasında iştirak etməyə hazırdır.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub