logo

Qubada 20 santimetr qar yağıb

09:47 17-01-2022 | icon 3290
Qubada 20 santimetr qar yağıb

Yanvarın 16-sı axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə qar yağıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.Qeyd edilib ki,  ən çox yağıntı Qubanın rayon mərkəzində qeydə alınıb. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Rayonun Qrız kəndində qarın hündürlüyü 15 santimetr, temperatur mənfi 15 dərəcə, Xaltanda isə qarın hündürlüyü 12 santimetr, temperatur isə mənfi 5,7 dərəcə olub. Şabran rayonunda və Xızının Altıağac qəsəbəsində 12 santimetr, Qusarın Yasab kəndində isə 5 santimetr qar müşahidə edilib.