logo

Qazaxıstan hakimiyyətindən iğtişaşlarda ölən 225 nəfərin adının açıqlanması tələb olunur

18:48 16-01-2022 | icon 3668
Qazaxıstan hakimiyyətindən iğtişaşlarda ölən 225 nəfərin adının açıqlanması tələb olunur

Qazaxstanda ölkədə etiraz aksiyaları zamanı həlak olan 225 nəfərin adının açıqlanması tələbi ilə imza toplanmasına başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan teleqraf agentliyi(KazTAG) məlumat yayıb.

“Yanvar faciəsi zamanı rəsmi məlumata görə, Qazaxıstanın 225 vətəndaşı həlak olub. Biz qazaxıstanlılar bu çətin zamanda yaxınlarına yas tutan ailələrin dərdinə şərik olmaq istəyirik... Araşdırma aparmaq bizim səlahiyyətimizdə deyil, amma artıq bilirik ki, ölənlər arasında qəza qurbanları, çoxuşaqlı valideynlər var. . Bununla bağlı ölən və itkin düşən 225 nəfərin adının açıqlanmasını tələb edirik. Bundan əlavə, biz ölənlərin yaxınlarına və ağır yaralananlara Qazaxıstan Xalq Fondunun vəsaiti hesabına yardım göstərilməsini tələb edirik”, - deyə agentlik ictimai tələbdən sitat gətirir.