logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 714 min nəfəri ötür

16:56 16-01-2022 | icon 2786
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 714 min nəfəri ötür

Yanvarın 16-da Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 min 587 vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 18 min 944 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 83, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 200 min 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 714 min 478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 757 min 277 təşkil edir.