logo

Özbəkistan Qazaxıstanla sərhədlərini bağlayıb

13:36 16-01-2022 | icon 1883
Özbəkistan Qazaxıstanla sərhədlərini bağlayıb

Özbəkistan yanvarın 15-dən iki ölkənin vətəndaşları üçün Qazaxıstanla quru sərhədlərini müvəqqəti bağlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Özbəkistan XİN sərhədlərin “omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə bağlandığını açıqlayıb.

Buna baxmayaraq iki ölkə arasında aviaəlaqələr davam edir.

Qazaxıstandan Özbəkistana təyyarə reysi ilə gələnlər koronavirusla əlaqədar 48 saat ərzində qüvvədə olan testin nəticəsini təqdim etməli, həmçinin Özbəkistan ərazisində ekspress test verməlidirlər.