logo

Yaponiyada sunami xəbərdarlığı verilib

20:15 15-01-2022 | icon 4256
Yaponiyada sunami xəbərdarlığı verilib

Yaponiyada sunami xəbərdarlığı verilib.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, sunaminin hündürlüyü 3 metrə çata bilər. Bildirilib ki, hündürlüyü 1 metrə çatan dalğalar Yaponiyanın bütün Sakit okean sahillərini su altında qoyacaq.

Bundan əlavə, hündürlüyü 0,2 metrə çatan sunami Tokio körfəzini vura bilər.