logo

Nursultan Nazarbayevin kürəkənləri dövlət vəzifələrindən getdilər

19:59 15-01-2022 | icon 4725
Nursultan Nazarbayevin kürəkənləri dövlət vəzifələrindən getdilər

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliya Nazarbayevanın əri Dimaş Dosanov “KazTransOyl” dövlət kompaniyasının Baş direktoru, idarə heyətinin sədri postunu tərk edib.

YeniAvropa  Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, “KazTransOyl” Səhmdar Cəmiyyətinin direktorlar şurasının qərarına əsasən Dimaş Dosanovun Baş direktor (idarə heyətinin sədri) qismində səlahiyyətlərinə 2022-ci il yanvarın 14-də vaxtından əvvəl xitam verilib. Bu qərar onun ərizəsi nəzərə alınaraq çıxarılıb.

Eyni tarixdə Kayrat Şaripbayev “QazaqGaz” milli kompaniyasının idarə heyətinin sədri vəzifəsindən azad olunub. Qazaxıstan mediasının yazdığına görə, kompaniyanın səhmdarı olan Şaripbayev sabiq prezidentin böyük qızı Dariqa Nazarbayevanın ikinci əridir.