Suraxanıda 30 narkotacir saxlanıldı: 8 kq narkotika götürüldü
Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının yanvarın ilk 10 günü ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 8 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hövsan, Əmircan və Yeni Günəşli qəsəbələrində həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə beş nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində tutulan Əfraim Dərbəndəliyevdən 1 kiloqram 430 qram marixuana, Ramin Abdullayevdən 60 qram heroin, Şamil Abbasovdan ümumilikdə 500 qrama yaxın heroin, həmçinin metamfetamin, Bəhruz Hüseynovdan 52 qram marixuana, Elçin Seyfullayevdən 1 kiloqram 425 qram heroin, 4 kiloqrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
İdarə əməkdaşlarının, həmçinin qeyd edilən dövr ərzində rayonun digər ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 25 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində polis idarəsinin istintaq şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Təqdim olunan faktların hər biri ilə bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a sahib oldu
Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünü alqışlayırıq-Cozep Borrell
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Müdafiə naziri “Qaraheybət” Təlim Mərkəzində olub
Almaniya səfiri Şuşada səfərdədir
Pandemiya dövründə dünyada milyarderlərin sayı 2668 nəfərə çatıb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Ərdoğan Yunanıstanın baş nazirini daha tanımır
Sergey Lavrov erməni həmkarına zəng etdi
Tufan səbəbindən Bakıdan Naxçıvan uçan təyyarə geri qayıtdı
Paytaxtın mərkəzi küçələri bu axşamdan "Formula 1"ə görə bağlanır
Şimalı Koreyanın rəhbəri Azərbaycan prezidentini təbrik edib
Əfv Komissiyasında baxılan 600 nəfərin siyahısı prezidentə təqdim olunacaq
Milli Məclisin deputatı AŞ PA-nın komitə iclaslarında iştirak edəcək
Paşinyan da Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya yaradır
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı
Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışıb
Əli Əsədov Estoniya parlamentinin sədrini qəbul edib
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 345 min nəfəri ötür
Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb
Mikayıl Cabbarov Davos İqtisadi Forumunda iştirak edib
Sinoptiklərdən Bakıda güclü külək və yağış xəbərdarlığı
Türkiyədə Azərbaycan mədəniyyət və incəsənət günləri keçiriləcək
Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi dəyirmi masada qeyd edilib
Kanada parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib