logo

Almatı metrosu yanvarın 17-dən fəaliyyətini bərpa edir

14:43 15-01-2022 | icon 1736
Almatı metrosu yanvarın 17-dən fəaliyyətini bərpa edir

Ötən həftənin əvvəlində iğtişaşlar səbəbindən fəaliyyəti dayandırılan Almatı metropoliteni yanvarın 17-dən işini bərpa edəcək.

YeniAvropa  Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə şənbə günü şəhərin hakimiyyət orqanları məlumat verib. “Metropoliten sərnişinlər üçün yanvarın 17-də saat 07:00-dan 21:00-dək açıq olacaq. Qatarlar arasında interval pik saatlarında 10 dəqiqə, qalan vaxtlarda isə 13 dəqiqə təşkil edəcək. Metronun sonrakı iş qrafiki haqqında əlavə məlumat veriləcək”, - məlumatda belə deyilir.

Həmçinin bildirilir ki, həmin gündən meqapolisdə trolleybuslar və şəhərətrafı marşrutlar da daxil olmaqla ictimai nəqliyyat saat 21:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Almatı metrosu Qazaxıstanda yeganə yeraltı nəqliyyat vasitəsidir.