Şeyxülislam Allahşükür Paşazadə Vatikanın baş keşişi ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın baş keşişi (vikari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, kardinal Mauro Qambetti QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Vatikan ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, bu əlaqələrin uğurla inkişaf etdiyini deyib.
Səmimi qəbula görə kardinal M.Qambettiyə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynadığını bildirib.
QMİ sədri ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərdən söhbət açıb. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını qeyd edib. Vurğulayıb ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Ordusunun prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrinə uyğun olaraq 30 ilə yaxın müddət ərzində erməni işğalında olan torpaqlarını azad etdiyini, Ermənistan tərəfinin işğal dövründə buradakı dini və mədəni abidələri vandalizmə məruz qoyduğunu vurğulayıb, bununla bağlı kardinal M.Qamtettiyə fotofakt kitabı təqdim edib.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq məsələləri müzakirə edildiyi görüşdə ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirdiyi qeyd olunub.
Kardinal Mauro Qambetti Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərinin əhəmiyyətini qeyd edib, Azərbaycan Hökumətinə, xüsusilə də Fondun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
O, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bəşəriyyətə əsl tolerantlıq nümunəsi göstərməkdə olduğunu qeyd edib.
Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib