logo

Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşür

12:22 14-01-2022 | icon 1827
Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşür

Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın Türkiyə üzrə nümayəndəsi Ruben Rubinyan ilk görüş üçün Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədirlər. 

YeniAvropa xəbər verir ki, bu barədə "RİA-Novosti" məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətləri ikitərəfli münasibətlərin normallaşdırılması üzrə iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyi Moskvada Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gəlib.