logo

Qazaxıstan Nur-Sultan şəhərinin adını yenidən Astanaya dəyişir?

22:52 13-01-2022 | icon 2506
Qazaxıstan Nur-Sultan şəhərinin adını yenidən Astanaya dəyişir?

Qazaxıstanda ölkənin paytaxtı Nur-Sultan şəhərinin adının yenidən Astanaya dəyişdirilməsi üçün imza toplanılmasına başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan teleqraf agentliyi(KazTAG) məlumat yayıb.

"2019-cu ilin mart ayında Qaxavıstan prezidentinin fərmanı ilə ölkəmizin paytaxtının adı Astanadan  Nur-sultana dəyişdirilib. Paytaxtın yeni adı insanlar tərəfindən mənfi qarşılanır, sakinlər gündəlik həyatda əvvəlki addan istifadə edirlər. Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, Qazaxıstan Respublikasının prezidenti, hökuməti və ölkə parlamentindən şəhərin keçmiş adını paytaxta qaytarılmasını xahiş edirik”,-deyə müraciətdə bildirilib.

Müəlliflər həmçinin Qazaxıstanın digər şəhərlərindəki keçmiş prezident Nursultan Nazarbayevin adını daşıyan küçələrin də adlarını “ölkənin dövlətçiliyini, birliyin və müstəqilliyini vurğulayan” neytral adlarla dəyişməsini təklif edirlər.