logo

VİP sədri Əli Əliyev 5 ay müddətinə həbs edildi

16:23 13-01-2022 | icon 4459
VİP sədri Əli Əliyev 5 ay müddətinə həbs edildi

Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyevin barəsində olan cinayət işinə bu gün Yasamal rayon Məhkəməsində baxılıb.

YeniAvropa xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, Əli Əliyevə 5 ay müddətinə həbs cəzası kəsilib.

Xatırladaq ki, bundan əlavə, DSX kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında Əli Əliyev barəsində şikayətinə isə hakim Rauf Daşdəmirov sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

Əli Əliyev həmin zabitlərin qəzaya uğrayan helikopterdə olmadıqlarını iddia etmişdi.