logo

İlham Əliyev sabah Kiyevdə həmkarı Volodimir Zelenski ilə görüşəcək

16:06 13-01-2022 | icon 504
İlham Əliyev sabah Kiyevdə həmkarı Volodimir Zelenski ilə görüşəcək

Azərbaycan prezidenti İlham Əliyev sabah Ukraynaya işgüzar səfər edəcək, onun prezident Volodimir Zelenski ilə görüşü nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər V.Zelenskinin dəvəti ilə həyata keçirilir.

Ötən ilin dekabrında Ukrayna prezidenti Brüsselə səfəri zamanı İlham Əliyevlə görüşüb və onu Kiyevə səfərə dəvət edib.

“Yanvarın 14-də Ukrayna prezidenti Volodimir Zelenskinin və ölkəmizdə işgüzar səfərdə olacaq Azərbaycan prezidenti İlham Əliyevin görüşü planlaşdırılıb”, - deyə məlumatda bildirilib.