logo

“Voice of Astana” beynəlxalq müsabiqəsində  Azərbaycanı İlham Nəzərov təmsil edir

20:39 16-06-2018 | icon 4459
“Voice of Astana” beynəlxalq müsabiqəsində  Azərbaycanı İlham Nəzərov təmsil edir

Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə “Voice of Astana” (Astananın səsi ) I beynəlxalq estrada musiqisi müsabiqəsi keçirilir.

YeniAvropa xəbər verir  ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il keçirilən dünya səviyyəli müsabiqə bu sənətdə ilk addımlarını atan istedadları müəyyən etməyə çalışacaq.

Seçim prosesi zamanı müsabiqəyə 20-dən çox ölkədən 500-dən çox ifaçı müraciət edib. Müsabiqədə Azərbaycan, İtaliya, Böyük Britaniya, Çin, Gürcüstan, Tatarıstan, Hindistan, Rusiya, Bolqarıstan, İsrail, Özbəkistan, Qırğızıstan, Estoniya, Türkiyə və Qazaxıstandan olan ifaçılar qatılıb.

«Voice of Astana» müsabiqəsinin ilk günü bütün iştirakçılar Astana haqqında mahnılar səsləndirdilər. İkinci gün isə onların hər biri öz repertuarından mahnılar təqdim edəcək.

Beynəlxalq müsabiqədə Azərbaycanı əməkdar artist, opera ifaçısı İlham Nəzərov təmsil edir. İlham Nəzərov peşəkar vokal karyerası ərzində “Ravenna”, “Festival Della Valle DİTRİA da Monte”, “Festival Pergolesi Spontini” kimi mötəbər beynəlxalq musiqi festivallarının iştirakçısı olub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Üns Yaradıcılıq Səhnəsinin solistidir.