logo

Rusiya sülhməramlılarının yeni komandanı Zakir Həsənovla görüşüb

15:30 12-01-2022 | icon 4592
Rusiya sülhməramlılarının yeni komandanı Zakir Həsənovla görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.