logo

Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

17:18 16-06-2018 | icon 3647
Səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

17 iyun - səhiyyə işçilərinin peşə bayramı günüdür. 

YeniAvropa xəbər verir  ki, bu münasibətlə iyunun 16-da Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Azərbaycan səhiyyəsinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin 100 illik inkişaf yolundan danışaraq deyib: “Bu gün biz öz taleyini ən nəcib və lazımlı peşə ilə bağlayanların – insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin şərəfinə bayram keçiririk. Builki peşə bayramımız xüsusi məna daşıyır. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub. Beləliklə, bu il biz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 illik yubileyini qeyd edirik”.

 

Sonra Azərbaycan səhiyyəsinin keçdiyi 100 illik inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin sonunda səhiyyə sahəsində fərqlənən şəxslər təltif olunublar.