logo

İmişlidə "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

21:41 10-01-2022 | icon 6839
İmişlidə "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şəmmədli kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən piyada, Şəmmədli kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.