logo

Goranboyda 2 yeniyetmə su kanalında boğularaq ölüb

17:28 15-06-2018 | icon 3409
Goranboyda 2 yeniyetmə su kanalında boğularaq ölüb

Goranboy rayonunda 2 yeniyetmə suda boğularaq ölüb.

YeniAvropa xəbər verir  ki, hadisə Şəmkir maşın kanalının Dəliməmmədli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 14-15 yaşlı iki oğlan su kanalında çimərkən boğulub. Hadisə yerinə gələn xilasedicilər tərəfindən onların hər ikisinin meyiti sudan çıxarılıb. Bunlar Goranboy rayon sakini Bayramov Məhəmməd Elçin oğlu və Vəliyev Bayram Taleh oğludur. 

Faktla bağlı araşdırma aparılır.("Report")