logo

Kürdəmirdə sərxoş  sürücü 60 yaşlı qadını vurub hadisə yerindən qaçdı

16:30 30-12-2021 | icon 7084
Kürdəmirdə sərxoş  sürücü 60 yaşlı qadını vurub hadisə yerindən qaçdı

Kürdəmirdə sürücü piyadanı vurub və hadisə yerindən qaçıb.

 YeniAvropa xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 60 yaşlı Xatirə Ərzulla qızı Kərimova yol kənarında maşın gözləyərkən onu yolda hərəkətdə olan OKA markalı avtomaşın vurub. Hadisəni törədən sürücü, 1956-cı il təvəllüdlü Göyçay rayon sakini Yura Əlisurət oğlu Əzizov hadisə yerindən qaçıb. Ağır bədən xəsarəti alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Sürücü Yura Əzizov polis əməkdaşları tərəfindən saxlanılarkən məlum olub ki, o, avtomobili spirtli içkinin təsiri altında idarə edirmiş. Yura Əzizov saxlanılaraq Kürdəmir rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.