logo

Bakıdan Şəkiyə gedən mikriavtobus qəzaya düşdü: 13 nəfər xəsarət aldı

11:33 30-12-2021 | icon 6125
Bakıdan Şəkiyə gedən mikriavtobus qəzaya düşdü: 13 nəfər xəsarət aldı

İsmayıllıda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması 13 nəfərin xəsarət almasına səbəb olub.

YeniAvropa xəbər verir ki, ilkin məlumata görə, Bakıdan Şəki istiqamətinə hərəkət edən sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində minik avtomobili ilə toqquşub.

Qəza nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.