logo

Azərbaycanda 101 ölkədən 7400-dək əcnəbi tələbə təhsil alır

10:36 27-12-2021 | icon 9674
Azərbaycanda 101 ölkədən 7400-dək əcnəbi tələbə təhsil alır

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.

Qeyd olunub ki, əcnəbi tələbələrin əksər hissəsi Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.