logo

Ağsuda avtomobil elektrik dirəyinə çırpıldı-7 kəndi işıqsız qaldı

20:30 26-12-2021 | icon 6664
Ağsuda avtomobil elektrik dirəyinə çırpıldı-7 kəndi işıqsız qaldı

Ağsuda avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb, sürücü ağır yaralanıb, 7 kənd bir necə saat işıqsız qalıb.

YeniAvropa xəbər verir ki, hadisə bu gün saat 17 radələrində, Ağsu-Qəşəd-Padarçöl yolunda baş verib.

Belə ki, 30 yaşlı Şamaxı rayon sakini Dərgah Hüseyn oğlu Əzimov idarə etdiyi “VAZ 21011” markalı avtomaşınla Ağsu rayonunun Navahı kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Avtomobilin sürücüsü Dərgah Əzimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi xəstəxanasına aparılıb.

Hadisə zamanı elektrik dirəyi aşıb və nəticədə yeddi kənd, o cümlədən Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndləri işıqsız qalıb. Elektrik şəbəkəsi işçilərinin səyi nəticəsində saat 20 radələrində enerji verilişi bərpa olunub. Faktla bağlı araşdırma aparılır.