logo

Xırdalanda avtomobil qaz xəttini kəsib, 3 min abonent qazsız qalıb

20:30 22-12-2021 | icon 6132
Xırdalanda avtomobil qaz xəttini kəsib, 3 min abonent qazsız qalıb

Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan kəndi ərazisində diametri 159 mm qaz kəməri kənar şəxslər tərəfindən kəsilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatında deyilir.

"Nəticədə Xırdalan kəndinin 3 000 abonenti qazsız qalıb. Əməli törədən şəxslər tərəfindən avtomobil qaz kəmərinin altında saxlanılıb. Baş vermiş hadisə barəsində 102 xidmətinə məlumat verilib, Abşeron rayon Polis İdarəsinə bildirilib. Lakin hələ də tədbir görülmür", - məlumatda deyilir.