logo

Azərbaycanda əməkdar artist vəfat etdi

12:21 21-12-2021 | icon 21833
Azərbaycanda əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Elşən Carhanlı vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkədə xəbər paylaşıblar. Məlumata görə, o, ötən axşam  59 yaşında dünyasını dəyişib.

Elşən Carhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb.