logo

Paytaxt məktəblərində 467 min 722 şagird təhsil alır

09:31 21-12-2021 | icon 7476
Paytaxt məktəblərində 467 min 722 şagird təhsil alır

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

YeniAvropa xəbər verir ki, bu barədə  BŞTİ-dən məlumat verilib. Bildirilib ki, idarənin tabeliyindəki məktəblərdə 467 min 722 şagirdin təlim-tərbiyəsi ilə 28 min 226 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 min 479, IX siniflərində 35 min 452, XI siniflərində 23 min 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.