Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub
Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.
YeniAvropa xəbər verir ki, tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.
Mədəniyyət və incəsənət xadimlərinin, tanınmış aşıqların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək, ustad sənətkarın şifahi xalq ədəbiyyatına töhfələrindən, türk dünyasının aşıq sənətinə təsirindən söz açıb: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırıb və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür".
Nazirin sözlərinə görə, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Aşıq Ələsgər yaradıcılığının məktəblərdə və digər ölkələrdə təbliğ edilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Bakı şəhərində onun heykəli qoyulacaq. Aşıq Ələsgər yaradıcılığı onun doğulduğu yerdən, Göyçə torpağından bizə qalan yeganə əmanətdir. Buna görə də Aşıq Ələsgər şəxsiyyəti bizim üçün önəm kəsb edir".
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi professor Məhərrəm Qasımlı deyib ki, bu gün saz-söz bayramıdır: "Aylardır ki, biz hamımız bu bayramın içərisindəyik. Aşıq Ələsgər ustadlar ustadıdır. Onun sözü-sənəti Azərbaycan aşıq sənətinin pasportu olmağa layıqdir. Biz hər yerdə onun şeirlərindəki mükəmməlliyə, poetik gözəlliyə baxdığımız zaman belə qərara gəldik. Bu mənada Aşıq Ələsgər özünün ustadnamələrindən tutmuş qoşmalarına, təcnislərinə qədər Azərbaycan dilinin, ruhunun təmsilçisidir. Aşıq Ələsgərin şeirlərinə baxdığımız zaman bu şeirlərin hər misrasında aşıq sənətinin nizamnaməsini görürük”.
Tədbirin bədii hissəsində ustad sənətkarın sözlərinin aşıqlar, müğənnilər və qiraət ustaları tərəfindən təqdimatı olub. Tovuz, Qazax, Kəlbəcər və Laçından olan aşıqlar ustad sənətkarın yaradıcılığına müraciət ediblər. Proqramda qiraətçilərin ifasında “Ustadnamə”, “Qəmərcanı”, “İncimərəm”, “Qadan alım”, “Çeşmə sazçı folklor qrupu”nun ifasında “Ceyranım” və digər şeirlər səsləndirilib.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub