logo

Toya gələn azyaşlı əmioğlular çaya düşüb boğuldular

20:40 20-12-2021 | icon 5635
Toya gələn azyaşlı əmioğlular çaya düşüb boğuldular

Bərdədə iki azyaşlı çayda boğularaq ölüb.

YeniAvropa xəbər verir ki,  hadisə Bərdə şəhərində baş verib.

6 yaşlı Qurbanov İbrahim Zöhrab oğlu və 8 yaşlı Qurbanov Allahverdi Vasif oğlu Tərtər çayına düşərək boğulublar.

Şahidlərin dediyinə görə, uşaqlar valideynləri ilə birlikdə çay sahilində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə qatılıblar.

Nəzarətsiz qalan uşaqlar çaya düşərək boğulublar.

Onların əmioğlu olduğu bildirilir.