logo

Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb

19:49 19-12-2021 | icon 13797
Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb

Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb.

YeniAvropa xəbər verir ki,  Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edir.

Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir. Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.