logo

Azərbaycan təhsil sistemində 255 min nəfər çalışır-Təhsil Nazirliyi

18:17 17-12-2021 | icon 6440
Azərbaycan təhsil sistemində 255 min nəfər çalışır-Təhsil Nazirliyi

Azərbaycan təhsil sistemində 255 min nəfər çalışır.

YeniAvropa xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib. O bildirib ki, bu əməkdaşların hamısı təhsilverən deyil. Onların bəziləri idarəedici heyətdir, bəziləri isə texniki və digər sahələrdə işləyirlər.

Xatırladaq ki, prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.