logo

Paytaxtın mərkəzində restoran yandı

14:31 16-12-2021 | icon 4991
Paytaxtın mərkəzində restoran yandı

Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 16-da Bakıda restoranların birində baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazirliyin 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu ərazisində (Rəşid Behbudov küçəsi) yanğın olması barədə məlumat verilib. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan restoranın tüstü bacası 10 poqometr, elektrik kabeli 8 poqometr və binaya bitişik, sahəsi 6 kvadratmetr olan restorana məxsus köməkçi tikili (taxta konstruksiyalardan ibarət) yanıb. Restoranın qalan hissəsi, bitişik digər obyektlər və bina yanğından mühafizə olunub.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən bir nəfər təhlükəsiz əraziyə təxliyə olunub.