logo

BDU-nun baş müəllimi metroda dünyasını dəyişdi

12:02 09-12-2021 | icon 5887
BDU-nun baş müəllimi metroda dünyasını dəyişdi

Bu gün səhər saatlarında metronnun “28 May” stansiyasında bir nəfər vəfat edib.

YeniAvropa xəbər verir ki, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sərnişin qatarda özünü pis hiss edib. O, ətrafdakıların köməyi iıə stansiyanın platformasına çıxarılıb və təcili tibbi yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva  bildirib ki, metroda vəfat edən şəxs BDU-nun Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi 72 yaşlı Əhməd Babayevdir.

O, 43 il bu universitetdə çalışıb.