logo

Ucarda "Hyundai" ana və iki övladını vurdu

21:52 06-12-2021 | icon 5733
Ucarda "Hyundai" ana və iki övladını vurdu

Ucarda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

 YeniAvropa xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

“99 LN 502” dövlət nömrə nişanlı "Hyundai" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdaş rayon sakinləri - 1985-ci il təvəllüdlü Pərvanə Ramiz qızı Abdullayeva, onun övladları, 2005-ci il təvəllüdlü Aytac Bəxtiyar qızı Abdullayeva və 2007-ci il təvəllüdlü Abdulla Bəxtiyar oğlu Abdullayev müxtəlif xəsarətlər alıblar.

Yaralılar Ucar rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.