logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 593 min nəfəri ötüb

17:07 05-12-2021 | icon 2779
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 593 min nəfəri ötüb

Dekabrın 5-də Azərbaycanda 27 min 339 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 17, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 363, “buster” doza ilə peyvənd olunanların sayı isə 19 min 959 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 702 min 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 593 min 278 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 11 min 169 nəfər təşkil edir.