logo

Avropa Parlamenti Moskvaya ultimatum verib

15:20 05-12-2021 | icon 2219
Avropa Parlamenti Moskvaya ultimatum verib

Rusiyanın Ukraynaya qarşı hərbi güc tətbiq etməsi “Şimal axını 2” qaz kəmərinin reallaşdırılmasına son qoyacaq.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,bunu Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber bildirib.

“Putin silahdan istifadə etsə, “Şimal axını 2” qaz kəmərinin sonu olacaq”, - deyə "Handelsblatt" qəzeti onun sözlərini sitat gətirib.

“İnterfaks” xəbər verir ki, Bavariya Xristian Sosial Birliyinin üzvü Veber vurğulayıb ki, silahlı münaqişə baş verəcəyi təqdirdə qaz kəmərinin istismara verilməsi tamamilə istisna edilməli və Almaniyanın gələcək hökuməti bunu açıq şəkildə göstərməlidir.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı hazırkı vəziyyət “NATO və Qərbin oxşar dəyərlərə əsaslanan ictimaiyyəti üçün sınaqdır”. Veber vurğulayıb ki, NATO-ya Rusiyanın Ukraynaya qarşı hərəkətlərinin “yüksək dəyər” olacağını açıq şəkildə bildirmək lazımdır.