logo

Voleybol Federasiyasının nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

13:55 05-12-2021 | icon 2562
Voleybol Federasiyasının nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyası (AFV) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib.

YeniAvropa  AVF-yə istinadla xəbər verir ki, N.İsmayılova dekabrın 8-də Serbiyanın paytaxtı Belqradda qadınlar arasında keçiriləcək Çempionlar Liqasının E qrupu çərçivəsində yerli “ZOK UB” və “Çemik” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri rusiyalı Makşanov Evgeny və bolqarıstanlı Yovçev Konstantin olacaqlar.