logo

Qırğızıstanın dövlət telekanalı Bakıda təmsilçiliyini açır

22:44 04-12-2021 | icon 1792
Qırğızıstanın dövlət telekanalı Bakıda təmsilçiliyini açır

Azərbaycanda Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının təmsilçiliyi açılacaq. Təmsilçilik Azərbaycandan başqa Türkiyə, Gürcüstan və Cənubi Qafqaz bölgəsini əhatə edəcək. Baş ofis Azərbaycanda, regional ofislər Türkiyədə və Gürcüstanda fəaliyyət göstərəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Qırğızıstanın “Piramida” Dövlət Media Holdinqinin prezidenti Dooronbek Adaxanov bildirib.

O deyib ki, Qırğızıstandakı “Türkel” Media Qrupunun rəhbərləri Hökumə Xəlilova, Ramiz Məşədihəsənli və müxbir Aygül Yolçuyeva Azərbaycanın Xarici İşlər Nazirliyində akkreditasiyadan keçiblər.

Dooronbek Adaxanov qeyd edib ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Cənubi Qafqazda yaşayan xalqların tarixi, mədəniyyəti, adət-ənənələri, məişəti haqqında proqramlar hazırlanacaq və kanalda yayımlanacaq. Eyni zamanda, bu ölkələrin televiziya kanalları ilə əməkdaşlıq edərək Qırğızıstanda yaşayan xalqların həyatı, məişəti haqqında verilişlərin yayımlanması da nəzərdə tutulur.

“Bir sözlə Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin hamısı ilə əlaqə yaratmağı planlaşdırırıq”, - deyə holdinqin prezidenti əlavə edib.