logo

Ərdoğanın mitinqində partlayıcı qurğu son anda tapıldı

21:20 04-12-2021 | icon 2191
Ərdoğanın mitinqində partlayıcı qurğu son anda tapıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdəki mitinqinə təyin olunmuş polis məmurunun avtomobilinin altına qoyulmuş partlayıcı qurğu son anda tapılıb. 

 YeniAvropa "CNN Türk"ə istinadən xəbər verir ki, partlayıcı qurğu istehkamçı qruplar tərəfindən Ərdoğanın çıxışına az qalmış məhv edilib.

Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Siirt ölkənin cənub-şərqində yerləşir. Türkiyə prezidenti tərəfdarları qarşısında çıxış etmək üçün bu gün Siirtə gəlib.

Mardindən Siirtdə mitinqə gedən polis məmurunun avtomobilinin altına gizli şəkildə uzaqdan idarə olunan partlayıcı qurğu qoyulub. İki polis əməkdaşı avtomobilin altındakı partlayıcıları tez görə bilib.