logo

Almaniya daha 218 Azərbaycan  vətəndaşını deportasiya edəcək

15:15 04-12-2021 | icon 1715
Almaniya daha 218 Azərbaycan  vətəndaşını deportasiya edəcək

Almaniyada icazəsiz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşının işi məhkəməyə göndərilib.

YeniAvropa xəbər verir ki, bu barədə Almaniya Federal Kriminal İdarəsinin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, Almaniya Federativ Respublikasının Miqrasiya Qanununun müvafiq bəndlərini pozaraq ölkədə qanunsuz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşı haqqında toplanmış materiallar yerli idarə məhkəmələrinə göndərilib. Həmin şəxslər Azərbaycanla Avropa İttifaqı arasında bağlanan “Readmisiya sazişi”nə əsasən ölkələrinə göndəriləcəklər.

Xatırladaq ki, ötən ay readmissiya haqqında saziş çərçivəsində 43 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.