logo

Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə olundu

16:50 03-12-2021 | icon 7287
Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə olundu

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 58 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə və qismən taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

FHN-dən YeniAvropa-ya verilən məlumata görə, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər xilas və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.