logo

Müdafiə Nazirliyi: Hərbi qulluqçumuz qayadan yıxılaraq həlak olub

10:46 03-12-2021 | icon 3066
Müdafiə Nazirliyi: Hərbi qulluqçumuz qayadan yıxılaraq həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.