logo

Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq

21:27 02-12-2021 | icon 5369
Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq

"Azərbaycanda ortaq universitet yaradılmasını planlaşdırırıq. Bu universitet Türkiyənin ən nüfuzlu universitetləri ilə əlaqədə olaraq inkişaf edəcək”.

 YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi İqtisadiyyat Forumunda (UEF Baku-2021) iştirak edən Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar səsləndirib.

Erol Özvar Azərbaycanla ortaq universitetin yaradılması üzərində artıq işə başladıqlarının müjdəsini də verib.

"İki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir. Bir az vaxt aparacaq, amma çalışırıq ki, növbəti tədris ilinə hazır olaq. Belə bir model, bəlkə də, dünyada var. Bu ali təhsil müəssisəsi yeni modellə həyata keçiriləcək”, -deyə E.Özvar sözlərinə əlavə edib.

Ali Təhsil Şurasının sədri qeyd edib ki, universitetin yaradılması planı iki ölkənin dövlət başçılarının birgə müraciəti ilə həyata keçirilib.