logo

Azərbaycanda 1000-dək qəzalı vəziyyətdə olan məktəb var

13:55 02-12-2021 | icon 5558
Azərbaycanda 1000-dək qəzalı vəziyyətdə olan məktəb var

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, hazırda ölkədə 4 400-dən çox məktəb var.

Nazir bildirib ki, həmin məktəblərin 75 faizi, yaxud 3 500-ə qədəri tədrisə yararlı vəziyyətə gətirilib: "Qəzalı məktəblərlə bağlı vəziyyətdən xəbərdarıq. Bütün problemi bir gündə həll etmək mümkün deyil. Növbəlilik əsasında proritet məktəblər seçilir".

"Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər tikilir. Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək", - deyə nazir sözlərinə əlavə edib.