logo

Tofiq Yaqublu xəstəxanaya aparıldı

21:22 01-12-2021 | icon 3500
Tofiq Yaqublu xəstəxanaya aparıldı

Bu gün Bakının mərkəzində- "Fəvvarələr" meydanında  razılaşdırılmayan aksiyada saxlanılaraq polis bölməsinə aparılan, orada döyüldüyü iddia edilən siyasi fəal Tofiq Yaqublu evə buraxılmasından bir müddət sonra xəstəxanaya aparılıb.

YeniAvropa xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi sosial şəbəkədə məlumat paylaşıb.

O, bildirib ki, təcili tibbi yardım vasitəsilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gedirlər.

Qeyd edək ki, dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr" meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.