Bu gün şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında siyasi fəal Tofiq Yaqublu da olub.
YeniAvropa xəbər verir ki, sosial şəbəkələrdə Tofiq Yaqublunun polis bölməsinə aparıldıqdan sonra qəddarcasına döyüldüyü , üz-gözünün qaraldığını əks etdirən videolar yayılıb.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı suala cavab olaraq bildirib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".