logo

Ceyhun Bayramov sabah İsveçdə erməni həmkarı ilə görüşəcək

19:13 01-12-2021 | icon 3605
Ceyhun Bayramov sabah İsveçdə erməni həmkarı ilə görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də İsveçdə ATƏT-in Nazirlər Konfransı çərçivəsində görüşəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə  Avropa İttifaqı Xarici İşlər Nazirliyinin sözçüsü Lük Pyer Devin bildirib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 28-ci iclası 2-3 dekabr 2021-ci il tarixlərində İsveçin paytaxtı Stokholmda keçiriləcək.

ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirlərinin illik görüşü ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin dəvəti ilə baş tutacaq.