Bakıda Azərbaycan-Pakistan hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Dekabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbədən sonra azad edilən ərazilərdə görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə, həmçinin ölkəmizə göstərilən mənəvi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcədə üçtərəfli birgə hərbi əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Nazir hər üç dost və qardaş ölkələrin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin əhəmiyyətini qeyd edərək bu sahədə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Pakistanın müdafiə istehsalatı naziri Z.Cəlal Vətən müharibəsində qazanılan Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Vətən müharibəsində, eləcə də noyabrın 30-da baş vermiş helikopter qəzası nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyib.
Xanım Z.Cəlal belə görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini vurğulayıb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Pakistan və Türkiyə ilə birgə ikitərəfli, o cümlədən üçtərəfli əməkdaşlıqların inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlər müzakirə olunub.
NATO-nun baş katibi ilə Gürcüstanın baş naziri ilə görüşüb
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
Prezident İlham Əliyev Xankəndidə Novruz tonqalını alovlandırıb
İlham Əliyev Azərbaycan xalqının Novruz bayramını təbrik edib
Bakının mərkəzində 4 küçə avtomobillər üçün bağlanır
Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə səfər edib
Bakıda Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə olunub
Azərbaycan-ŞƏT əməkdaşlığı müzakirə olunub
Azərbaycanın müdafiə naziri NATO-nun baş katibi ilə görüşüb
Sabah Bakıda arabir yağış yağacaq, 9° isti olacaq
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
NATO baş katibinin Azərbaycana səfəri başa çatıb
Pekində Azərbaycan-Çin əməkdaşlığı müzakirə olunub
Rusiyada seçici aktivliyi 77,44 % təşkil edib
İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan-Türkiyə qardaşlığın rəmzi Çanaqqala döyüşlərindən 109 il ötür
Bu gün Göygöl rayonunda qaz olmayacaq
DYP:Texniki müayinə mərkəzləri bayram günləri də işləyəcək
Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək
“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır
Bakıda havada toz müşahidə olunur
Putin 85,13 % səs toplayıb
AZAL Londonun daha bir hava limanına uçuşlara başlayıb
Atıcımız Almaniyada gümüş medal qazanıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 111 nəfər saxlanılıb